Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


23.11.2022  11:14 

Rafiq Tağı öz dövründə doğulmamışdı





A+  A-

Bu gün Rafiq Tağının doğum günüdür. Əslində, ona doğum günü keçirmək düzgün deyil. Çünki heç vaxt ölüm günü olmayacaq adamın doğum günü olmaz.

Rafiq Tağı dövrümüzün və gələcəyimizin ən nəhəng yazıçılarından, filosoflarından biridir. Onun əsərlərini oxuyanda adam durulur, ruhu təzələnir, həyatı dərkə yaxınlaşır.

Təəssüf ki, Rafiq Tağı öz dövründə doğulmamışdı.

Ya da, bu günün insanı tələsmişdi, bu günün cəmiyyəti intellektə gecikmişdi. Çünki, bu günün insanı onu tam dərk etməkdə aciz idi. Rafiq Tağı dünyanı ovucunda tuta bilirdisə, cəmiyyət dünyanın formasını bilmirdi.

Digər tərəfdən, Rafiq Tağı bütün dinlərin üstündə dayanır. Onun intellekt səviyyəsi sanki öncədən var, nə doğmuş, nə doğulmuşdu.

Rafiq Tağının bıçaqlanmasından 11 il ötməsinə baxmayaraq hələ qatil tapılmayıb. Məncə, bu gün tam zamanıdır, bu məsələ tam nəzarətə götürülsün, təkrar qaldırılsın, araşdırılsın.

Rafiq Tağının qatili elmin qatilidir, intellektin qatilidir, sözün, sənətin, insanlığın qatilidir. Həm də azərbaycançılığa xəyanətdir.

Mən əminəm ki, bu gün də olmasa, zaman gələcək, hər şey aydın görünəcək, tarix heç nəyi unutmur.

Rafiq Tağının qatilləri ölüb gedəcək.

Rafiq Tağı isə Nizami, Füzuli, Nəsimi kimi əbədi yaşayacaq.

Elşad Barat


Xəbər 2634 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +