Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


22.06.2017  14:11 

Ana oğlunu öldürən 18 yaşlı gəncdən şikayətçi olmadı - Feysbuk cinayəti





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində feysbukda bacısına mesaj yazanı öldürməkdə təqsirləndirilən 18 yaşlı Mirismayıl Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.

Prokuror ittiham aktını elan edib.

İttihama görə, hadisə 2016-cı il dekabrın 14-də Bakının Nəsimi rayonunda "Memar Əcəmi" metrostansiyasının qarşısında baş verib. M.Hüseynovun valideynləri boşanıb. O, atası ilə, 13 yaşlı bacısı isə İmişli rayonunda anası ilə yaşayıb. İmişliyə gedən Mirismayıl Hüseynov bacısının telefonunda onun 21 yaşlı Ələkbər Muxtarovla yazışmasını görüb. O, daha sonra başqa profil açaraq Ələkbərə yazmağa başlayıb. Ə.Muxtarov ona saxta profildən yazıldığını hiss edib və həmin şəxsi bloka atıb. Bundan sonra M.Hüseynov bacısının telefon nömrəsindən birbaşa Ələkbərə yığıb və onunla görüşmək istədiyini deyib. Əsgərlikdən yeni gələn Ələkbər görüşə gəlməyə razılaşıb və M.Hüseynov onu bıçaqlayaraq öldürüb.

İttihama münasibət bildirən M.Hüseynov özünü qismən təqsirli bildiyini deyib. O, Ələkbər öldürmək niyyəti olmadığını bildirib: "Söhbət edəcəkdim, amma mübahisə düşdü".

Mərhum Ə.Muxtarovun anası Ülviyyə Məcidova məhkəmədə ifadə verərək oğlunun dostları ilə görüşmək adıyla evdən çıxdığını deyib: "Bu məsələ barədə heç nə bilməmişəm. Oğlumun öldüyünü polis deyəndə bildim".

Ü.Məcidova şikayətçi olmadığını deyib: "Şikayət etsəm nə olacaq ki? Hadisədir də olub".

M.Hüseynov qətlə yetirdiyi 21 yaşlı Ələkbərin anasından üzr istəyib: "Çox peşmanam, belə olmasını istəməzdim".

Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Xəbər 2936 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +