Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


29.04.2021  10:23 

Məmmədyarov yarımfinala yüksəldi, Rəcəbov uduzdu





A+  A-

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirinin dörddəbir final mərhələsində şahmatçımız Şəhriyar Məmmədyarov uğurla çıxış edib.
XəzərNews.az xəbər verir ki, Azərbaycan şahmatçısı dörddəbir finalın birinci matçında 3:1, cavab oyunlarında da isə 2,5:0,5 hesabla FIDE təmsilçisi Alireza Firuzcaya qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Digər şahmatçımız Teymur Rəcəbov isə norveçli dünya çempionu Maqnus Karlsenə ikinci matçda 1,5:2,5 hesabla məğlub olub və yarışı tərk edib. Qeyd edək ki, T.Rəcəbovun M.Karlsenlə keçirdiyi birinci matç bərabərliklə (2:2) başa çatmışdı.

Beləliklə, yarımfinalda Ş.Məmmədyarovla yanaşı, M.Karlsen, amerikalı Hikaru Nakamura, ermənistanlı Levon Aronyan mübarizə aparacaqlar.

Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.



Xəbər 3512 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +