Zaur Mikayılovun qudaları vəzifədə... - FOTO
PA-nın adından 4500 manatlıq dələduzluq
Baş nazirin adından saxta sənəd hazırlayan sahibkar cəzalandırıldı
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılır
Bakının bu hissələri işıqsız qalıb
İmamoğlunun magistr diplomu da ləğv edildi
Səsyazısı yayılan direktora töhmət verildi
Sulutəpə sakinlərindən ŞİKAYƏT: “Ərazidə bir transformator var idi, onu da sökdülər“
Xaricdə yaşayan blogerə hökm oxunub
Dövlət qurumu MTK rəhbərindən çıxarış üçün pul istəyir?


07.04.2021  13:28 

FIFA iki ölkənin üzvlüyünü dayandırdı





A+  A-

FIFA Çad və Pakistan futbol assosiasiyalarının fəaliyyətini dayandırıb.
XəzərNews.az-ın məlumatına görə, bu barədə FIFA Şurasının Bürosu qərar çıxarıb.

Çad Futbol Assosiasiyası (FTFA) hökumətin futbola müdaxiləsi səbəbindən cəzalanıb. Hökumət futbolun müvəqqəti idarə olunması üçün milli komitə yaradıb və FTFA-ya nəzarəti ələ keçirib.

Hökumət müvafiq qərarları ləğv etdikdən sonra və nəzarət tam olaraq FTFA-ya veriləndə ali futbol qurumu qərarı ləğv edəcək.

Pakistan Futbol Federasiyası (PFF) isə üçüncü tərəfin müdaxiləsi üzündən cəzaya məruz qalıb. Federasiya qiyamçı qrup tərəfindən ələ keçirilib. Bu isə nizamnamənin pozulması deməkdir.

Etirazçılar FİFA-nın binanın boşaldılması tələbinə reaksiya verməyib və bu səbəbdən qurum PFF-nin fəaliyyətini dayandırıb. PFF-nin nəzarəti altındakı qərargahı, binaları, hesabları və rabitə kanalları qayıtdıqdan sonra qərar ləğv olunacaq.

Xəbər 3377 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +