Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


07.12.2017  10:15 

Cəbhədə pulemyotlardan atəş açıldı





A+  A-

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 155 dəfə pozub.
XəzərNews.az xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Qızılhacılı kəndlərində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Əsrik Cırdaxan, Ağbulaq və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Şirvanlı, Kəngərli, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər 2589 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +