Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


20.04.2017  10:41 

“Xarici müdaxilələr məsələni daha da mürəkkəbləşdirir” - PA rəsmisi





A+  A-

“Azərbaycanın ərazisinin bir hissəsi Ermənistan tərəfindən işğal edildiyindən, xarici siyasət kursunda münaqişənin həlli prosesi ilə insan haqlarının təmini məsələləri əlaqəli şəkildə nəzərə alınmalıdır”.
XəzərNews.az-ın məlumatına görə, bu barədə President Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yazıb.

O qeyd edib ki, bu mənada beynəlxalq normaların həyata keçirilməsi məsələsi ölkənin ərazi bütövlüyünün təmin edilməsi kimi əsas vəzifənin tərkib hissəsinə çevrilir: “Situasiyanı mürəkkəbləşdirən amillərdən biri həmin istiqamətdə səmərəli fəaliyyət göstərməyimizə xaricdən daim maneələrin olmasıdır.

Burada müəyyən mənada qapalı dairə yaratmaq cəhdləri hiss olunur: bir tərəfdən, Azərbaycandan əhalinin əsas azadlıq və hüquqlarının təmin edilməsi tələb edilir, digər tərəfdən isə, bunun üçün əlverişli beynəlxalq mühit yaratmaq cəhdlərimizə əngəl yaradılır. Müstəqillik əldə etdiyimiz dövrdən bu yana həmişə süni problemlərin yaradıldığının şahidi olmuşuq. Onların sırasında “Azadlığa Dəstək Aktı”na olan məlum 907-ci düzəlişi, Ticarət Aktına edilən Cekson-Venik düzəlişini, Avropa Şurasının söz azadlığı və “siyasi məhbuslar”la bağlı daha çox keçən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq aparılan kampaniyanı, milli azlıqlarla əlaqəli sayı bitməyən monitorinqlərin təşkilini (Cənubi Qafqazın digər ölkələrinə bu cür münasibət bəslənilmir) və başqalarını misal gətirə bilərik”.

Xəbər 3155 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +