Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


19.04.2017  17:34 

Azərbaycanlıların Həccə xərclədiyi fantastik pul - 4 milyona yaxın





A+  A-

Xəbər verdiyimiz kimi, bu il Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub.
Bu il ziyarət üçün vahid qiymət 3850 dollar müəyyənləşdirilib.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu məqamda 600 nəfərin Həcc ziyarətinə ümumilikdə ödədiyi məbləği araşdırıb. Bu günün məzənnəsinə uyğun olaraq, 1nəfərin Həcc ziyarəti xərci 6553 manatdır. 600 nəfər üçün isə bu rəqəm birlikdə 3 milyon 931 min manat vəsait təşkil edir.

Bu arada qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətindən əldə etdiyi gəlirlərin miqdarını ictimaiyyətə açıqlamır. Bu səbəbdən 4 milyona yaxın vəsaitin neçə faizinin QMİ-nin gəlirləri hesab olunduğunu müəyyən etmək mümkün deyil.

Bu arada bildirək ki, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər üçün əlavə ödəniş nəzərdə tutulmayıb.

QMİ-nin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Qafqazinfo”ya bildirib ki, kvota tam dolsa da, əlavə getmək istəyənlər ehtiyat kimi yığılır: “Bu məsələyə may ayında baxılacaq. Əgər Səudiyyə Ərəbistanı kvotadan artıq şəxslərin ziyarətə getməsinə şərait yaradarsa, bu, reallaşa bilər”.

Xəbər 3531 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +