Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


18.04.2017  23:14 

Mağazalarda ərzaqların istifadə müddəti dəyişdirilir - VİDEO





A+  A-

Mağazadan şirniyyat alan paytaxt sakini xoşagəlməz hadisə ilə üzləşib. Məlum olub ki, məhsulun üzərinə əlavə etiket yapışdırılıb və bu üsulla son istifadə tarixi dəyişdirilib.
XəzərNews.az “Xəzər xəbər”ə istinadən xəbər verir ki, məhsulun son istifadə tarixi 17 aprel 2017-ci il göstərilib. Ancaq həmin etiketi qopardanda son istifadə tarixinin 14 aprel olduğu görünür.
Görüntüləri Bakının Sabunçu rayonunda yaşayan sakinlərdən biri 2 gün əvvəl mağazadan şirniyyat aldıqdan sonra çəkib. Şirniyyatı yedikdə dadının xoşagəlməz olduğunu görən paytaxt sakini köhnə olduğundan şübhələnib. Məhsulun son istifadə tarixinə baxmaq onu qane etməyib. Kağızı qoparanda gözlərinə inanmayıb. Məlum olub ki, şirniyyatın istifadə müddəti aprelin 14-də bitib. Lakin onun üzərinə son istifadə tarixi 17 aprel yazılmış başqa bir etiket yapışdırılıb.
Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyindən bildirilib ki, istehlakçılar qarşılaşdıqları belə xoşagəlməz hallarla bağlı nazirliyin 195-2 çağrı mərkəzinə və Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etsinlər. Müraciət araşdırılacaq və fakt təsdiqini taparsa, qayda pozanlar cəzalandırılacaq. Sözügedən şirniyyatın üzərindəki son istifadə tarixini dəyişənləri isə, fiziki şəxs olduqda 1500 manatdan 2 min manatadək, hüquq şəxs olduqda isə 4 min manatdan 5 min manatadək cərimə gözləyir.


Xəbər 4318 dəfə oxunub.





18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +