Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


18.04.2017  21:48 

Qızına dəbdəbəli toy edən məmur Çovdarovun qohumu çıxdı





A+  A-

Qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovla bağlı yeni məlumatlar üzə çıxıb.
XəzərNews.az musavat.com-a istinadən xəbər verir ki, o, qızını "Dəmirbank" ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğluna ərə verib. Roman Əmircanovun digər oğlu isə MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkənidir.

Roman Əmircanov Borçalının qədim nəsillərindən olan Əmircanlı soyundandır. Atası Əmircanov Dünyamalı Məhəmməd oğlu Gürcüstan SSR-də müxtəlif vəzifələrdə çalışıb. Anası Roza Məmid qızı Əmircanova (Musayeva) Borçalının qədim nəsillərində biri olan Gülməmmədli nəslinin nümayəndəsidir.

Roman Əmircanov 16 oktyabr 2009-cu il tarixdən etibarən "Dəmirbank"ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və 2016-cı ilə qədər bu vəzifədə işləyib. Onun oğlu və Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov da MTN-də işləyib. Nazirlikdəki cinayət şəbəkəsi ifşa edildikdən sonra onu işdən uzaqlaşdırıblar.

Qeyd edək ki, Qüdrət Şükürovun qızı Aysel və Roman Əmircanovun oğlu Oktayın toyunun 400 min dollara ərsəyə gəldiyi iddia edilir. Məlumata görə, Qüdrət Şükürov kürəkəni Oktay Əmircanova "Porche" markalı avtomobil də hədiyyə edib.

Roman Əmircanov


Xəbər 5575 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +