Putinin Ərdoğanla telefon danışığı olub
2500 manat doğum, 5000 manat küvəz və iki körpənin ölümü...
Bakıda sürücülər arasında dava düşdü - Video
Dörd nəfərlik qəbir yeri 50 min manata... - Yasamalda
Fransız iş adamı Fərhad Əhmədovdan nə qədər rüşvət alıb? - Məhkəmə
Audiovizual Şura “Xəzər TV”yə xəbərdarlıq edib - VİDEO
Baş nazir maaşlara əlavələrlə bağlı qərar verdi
881 kiloqram çətənə kolu aşkarlandı
Jurnalist olmaq istəyənlərin... - Qeydiyyat başladı
Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır


18.04.2017  13:45 

Mahmudov malikanəsindən köçdü, mühafizəsini gücləndirdi - TƏFƏRRÜAT





A+  A-

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəhbəri Eldar Mahmudov şəxsi mühafizəsini gücləndirib.
Məlumata görə, sabiq nazir Nardarandakı imarətindən köçərək, Badamdardakı malikanəsinə yerləşib. MTN şefinin köç etdikdən mühafizəçilərinin sayını artırdığı qeyd olunur. Keçmiş nazir hətta vəzifədən getdikdən sonra işdən çıxardığı cangüdənlərini də işə qaytarıb.

Mühafizəçilərə imarətdən çox da uzağa getməmələri tapşırılıb. Onlar E.Mahmudovun villasında qalır, ərazidən ayrılmamaq məqsədilə idmanla məşğul olmaq üçün belə evin yaxınlığındakı "The Crescent Beach” və "Badamdar” oteldəki idman zallarına gedirlər.

MTN şefinin Nardarandan Badamdara köçməsinin səbəbləri açıqlanmasa da, onun qeyri-rəsmi ev dustağı olduğu bildirilir. Ölkədən çıxışı yasaqlanan sabiq nazirin Azərbaycan ərazisində də sərbəst hərəkəti məhdudlaşdırılıb. Lakin bir müddət əvvəl E.Mahmudovun Bakı küçələrindən birində öz maşınında göründüyü ilə bağlı məlumat yayılmışdı.

Eldar Mahmudovun Nardarandan köçməsinin və şəxsi mühafizəsini gücləndirməsinin səbəbləri ilə bağlı geniş araşdırmanı təqdim edəcəyik.

Qeyd edək ki, E.Mahmudov 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə rəhbər təyin olunub. 2015-ci il oktyabrın 17-də isə vəzifəsindən kənarlaşdırılıb. Daha sonra isə MTN ləğv edilib, nazirliyin vəzifəli şəxsləri işdən çıxarılıb, bir çoxu isə müxtəlif cinayətlərdə ittiham olunaraq həbs olunub. MTN-in yerində Dövlət Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

(bakipost.az)

Xəbər 3503 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2025  10:23 

Ukrayna Moskvaya hücum etdi

17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb


BÜTÜN XƏBƏRLƏR +