Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniya başlayır
Kreml Azərbaycana əleyhinə daha nələri etməyi planlaşdırır?
Kiyevə raket zərbəsi... - Azərbaycan səfirliyi...
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Hikmət Hacıyev: Bu Rusiya ilə bağlı deyil
Tanınmış müğənni xəstəxanaya yerləşdirilib-FOTO
Hikmət Hacıyev Əbu-Dabi görüşündən DANIŞDI
Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev


25.05.2025  13:02 

Corat qəsəbəsində yanğın baş verib -VİDEO





A+  A-

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərinin Corat qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən XəzərNews.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş verdiyi və havanın küləkli olması səbəbindən yaxınlıqdakı tikililərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50kv.m. olan yardımçı tikilinin dam örtüyü və dama yığılmış 2.5 ton ot bağlaması yanıb.

Yardımçı tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.



Xəbər 2194 dəfə oxunub.




20.07.2025  13:15 

Sabahın havası açıqlandı

19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +