Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


27.04.2022  19:11 

Təranə Səmədova polisə müqavimətə görə cərimələnib





A+  A-

Tanınmış prodüser Təranə Səmədova polisə müqavimət etdiyinə görə cərimələnib.

XəzərNews.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, bu barədə qərar Abşeron Rayon Məhkəməsində elan olunub.

Qərara əsasən, T.Səmədovanın barəsində 200 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, prodüser Abşeron rayon ərazisində şəxsi münasibətlər zəminində tanışı ilə mübahisə edib. Daha sonra onun barəsində Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət daxil olub. Polis əməkdaşları tərəfindən o, bölməyə dəvət edilib. Lakin T.Səmədova polisə müqavimət göstərib.

T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Xatırladaq ki, T.Səmədova 2019-cu ildə Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə T.Səmədova azadlığa buraxılıb.

Xəbər 3358 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +