Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?
FHN-ə işə düzəltmə adı ilə daha bir dələduzluq edilib
İstintaq təcridxanasında saxlanılan şəxs qəfil ölüb


27.04.2022  12:43 

Cəzası yarıya endirildi - 5.5 milyon yemişdi....





A+  A-

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cəzası azaldılıb.

XəzərNews.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Qərara əsasən, Z.Sultanovun 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib.

Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib. Mədəniyyət Nazirliyinin 5 milyon 327 min 900 manatlıq mülki iddiası təmin olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Z.Sultanov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.


Xəbər 3139 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +