Azərbaycandakı Rus icması bəyanat yaydı, baş verənləri pislədi
Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto


10.01.2020  10:56 

DİM bu imtahanın məzmununu açıqladı





A+  A-

Məlum olduğu kimi, “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli Qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən, fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
XəzərNews.az xəbər verir ki, xarici dil üzrə imtahan Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Naziriyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən bu qaydada qəbul imtahanı verirlər.

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirən qəbul imtahanı proqramları DİM-in internet saytında yerləşdirilərək namizədlərə təqdim edilib (http://www.dim.gov.az/news/4619/). Doktoranturaya və dissertanturaya hazırlaşanlar xarici dillər üzrə qəbul proqramlarını verilmiş linklərdən (Azərbaycan, rus) yükləyib tanış ola bilərlər.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.

Xəbər 3488 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +