Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


30.08.2018  15:19 

“Xəstəliklə özünü reklam etmək alçaqlıqdır”





A+  A-

Əməkdar artisti Tünzalə Əliyeva xərçəng xəstəliyi ilə özünü reklam etməsi barədə yayılan xəbərə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, aktrtisa sərt danışaraq belə bir niyyətinin olmadığını söyləyib:

“Mən reklama ehtiyacı olan insanlardan deyiləm. Xəstəliklə özünü reklam etmək alçaqlıqdır. Xəstəliyimin həqiqi olmasını sübut etmək üçün Milli Onikologiya Mərkəzinə getmək lazımdır. Amma buna ehtiyac yoxdur. Mən xəstə kimi insanların yaddaşlarında qalmaq istəmirəm.

Hazırda kimya terapiyası qəbul edirəm, amma dostlarımın açılış mərasimində iştirak edirəm. Qoy hamı görsün ki, mən ayaq üstdəyəm. Altı kimya terapiya qəbul edəcəm, 30-a yaxın şuadan sonra 3 ay keçəcək. Bundan sonra xərçəngin yayılma ehtimalı barədə yekun qərar çıxara biləcəklər”.


Xəbər 3252 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +