Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


21.08.2018  10:14 

Plastik qabları yandıranlar cərimələndi





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən bərk məişət tullantılarının, o cümlədən plastik tullantıların düzgün idarə olunmasını yoxlamaq məqsədilə reydlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, reydlər zamanı Lənkəran şəhərinin Xəzər sahili ərazisindəki obyektlərin fəaliyyəti zamanı yaranan məişət tullantılarının qalaqlanması və plastik qabların toplanaraq yandırılması faktlarına qarşı 6, Salyan rayonunun Çuxanlı və Neftçala rayonunun Kürqarabucaq kəndlərinin ərazisində məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 3, Beyləqan rayonu, 20 Yanvar küçəsi yaxınlığında məişət tullantılarının qalaqlanaraq yandırılması faktlarına qarşı 1, Balakən, Zaqatala, Qax və Şəki rayonları ərazisində plastik qabların qalaqlanaraq yandırılması faktlarına qarşı 5 protokol tərtib olunub.

Qeyd edək ki, plastik tullantıların idarə olunması və ətraf mühitə təsirinin azaldılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 7 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 20 konteyner yerləşdirilib. ETSN ilə yanaşı, rayon İcra hakimiyyətləri və “AzEkol” MMC-nin dəstəyi ilə yaxın günlərdə digər rayon mərkəzlərində 20 konteynerin yerləşdirilməsi nəzərdə tutulub.

Təqdirəlayiq haldır ki, bir neçə rayon İcra hakimiyyəti tərəfindən də konteynerlərin yerləşdirilməsi ilə bağlı ETSN-yə müraciətlər olunub. Belə ki, Binəqədi rayon İcra Hakimiyyətinin müraciəti əsasında rayonun Heydər Əliyev Parkı ərazisində 1 ədəd konteyner yerləşdirilib.

ETSN plastik tullantıların idarə edilməsi ilə bağlı müvafiq qurumları üzərlərinə düşən vəzifələri yerinə yetirməyə, əhalini isə plastik tullantılardan istifadənin tədricən azaldılmasına və çeşidlənməsinə dəstək olmağa, bu işdə öz töhfələrini verməyə çağırır.

Xəbər 2968 dəfə oxunub.




27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +