Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


26.04.2018  09:57 

Yeni yaradılan təşkilatlar haqda məlumat





A+  A-

2018-ci ilin yanvar-mart ayları ərzində yeni yaradılmış müəssisə və təşkilatların 39,7 faizi “Digər sahələrdə xidmətlərin göstərilməsi”, 17,2 faizi “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 7,2 faizi “Tikinti”, 6,9 faizi “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, 6,4 faizi “İnzibati və yardımçı xidmətlərin göstərilməsi”, 5,3 faizi “Peşə, elmi və texniki fəaliyyət” sahələrinin, qalanları isə digər bölmələrin payına düşür.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, bu müddət ərzində yeni yaradılmış müəssisə və təşkilatların 98,4 faizi xüsusi mülkiyyətli (o cümlədən 8,2 faizi tam xarici investisiyalı, 1,6 faizi birgə mülkiyyətli), 1,6 faizi isə dövlət mülkiyyətli müəssisələrdir.

Qeydiyyatda olan müəssisə və təşkilatların 54,6 faizi Bakıda yerləşib.

Hesabat dövründə yeni yaradılmış müəssisə və təşkilatların 61,8 faizi Bakıda, 11,7 faizi Abşeron, 7,7 faizi Aran, 4,3 faizi Gəncə-Qazax, 4,2 faizi Quba-Xaçmaz və 3,7 faizi Şəki-Zaqatala, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyata alınıblar.

Xəbər 3007 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +