01.07.2025 10:51
İranın ali rəhbərini söydürən “Səhər” kanalıdır - Politoloq
"İranın Azərbaycanı şərləməsində İrana zərbə endirmək üçün istifadə olunan İsrailin PUA və qırıcılara ərazi verməsi mövzusu müxtəlif variasiyalarda davam etdirilir. Belə anlamaq olur ki, “Səhər” kanalı bu mövzudan əl çəkməyəcək".
Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.
M.Əhmədoğlu qeyd edib ki, İran prezidenti və XİN-də qonşu dövlətlərdən İsrailin İrana qarşı hərbi əməliyyatlarda istifadə etməsi ilə bağlı heç bir təsdiqləyici məlumat yoxdur:
"Bunu da bildiriblər. Fikir axınına və sənədin yazılma qaydasına görə “prosesi izləyirik, davam edir” cümlələri də həm İran prezidentinin, həm də XİN-nin rəsmi mövqelərində göstərilib. Məhz “axtarış, proses davam edir” sözündən İranın “Səhər” kanalı istifadə edərək prezident və XİN-nin təsdiqini inkar edirlər, Azərbaycana hücuma zəmin yaradırlar.
“Səhər” kanalı İranda sərhəd qoşunlarının olduğunu inkar edir. Azərbaycandan buraxılmış PUA, qırıcı təyyarə, raketi İranın sərhəd qoşunları niyə görə qeydə ala, tuta, sərhəddə vura bilmirlər. “Səhər” kanalı suallar yaradır. İran İsraillə müharibə apardığı dövrdə Azərbaycanla sərhəddə 100 minlik ordu saxlamasının nə mənası var?! Ordu İranın şəhərlərində yerləşdirilərdi, İsrailin İranın daxilində baza yerləşdirməsinə yer daralardı, digər maneələr də yaranardı".
Politoloq vurğulayıb ki, “Səhər” kanalının sonuncu bəhanəsi ali rəhbərin Azərbaycan tərəfindən təhqir olunmasıdır:
"Azərbaycan tərəfindən yazılan yazını İranın ali rəhbəri üçün təhqir hesab etmək olar. Azərbaycanda o yazı yazılmamışdan, televiziyalara o mövzu çıxmamışdan əvvəl “Səhər” kanalında Azərbaycan Prezidentini “seçilməmiş, irsi təyin olunan prezident” kimi təqdim etdilər. Həmin verilişdə R.T.Ərdoğanı “guruldayan prezident” adlandırdılar. Türkiyənin İranın lehinə olan mövqeyi “yağmasan da gurulda” hansısa İran jurnalisti deyib və “Səhər” kanalının aparıcısı 10-15 saniyə fasilə ilə 4 dəfə o fikri təkrarladı - “Guruldayan Ərdoğan”.
Azərbaycan məkanına işləyən İran kanalının R.T.Ərdoğanı təhqir etməsinə Azərbaycan reaksiya verməyə bilməz. İran və qızışdırdığı erməni Azərbaycana hücuma hazır vəziyyətdədir. Azərbaycanın müdafiəçiləri Türkiyə və Pakistandır".
M.Əhmədoğlu əlavə edib ki, Azərbaycan kontekstində R.T.Ərdoğanın ünvanına deyilən təhqirə Azərbaycan cavab verməlidir:
"Ali rəhbərə deyilən fikirlər “Səhər” kanalında R.T.Ərdoğana və Prezident İ.Əliyevə qarşı olunan təhqirə cavabdır. İndi “Səhər” kanalında verilişlər bəzən heç nədən kəsilir. O fikir deyiləndə yuxarıda rejissor pultundan kimsə o qızı dayandırmadı. Təsadüfən verilişi də dayandıra bilərdi. Son dövrlərdə İranda verilişlərin kəsilməsi adi hala çevrilib.
Ona görə təhqirlər kanal rəhbərliyinin fikridir. “Səhər” kanalı ali rəhbərin əleyhinə kampaniyaya qoşulub. Belə kampaniya İranda gedir. İranın mətbuatı, ABŞ və digər mətbuatlarda bu aşkar görünür.
Həmin aparıcının İ.Rəisinin Kremldə namaz qılması fonunda İran İslam inqilabının rəhbəri R.M.Xomeyninin ABŞ-da Ağ Evi məscidə çevirməklə bağlı dedikləri də Xomeyninin quru tərifidir. “Səhər” kanalı borc bilir ki, indiki dövrdə R.M.Xomeynini təbliğ etməlidir. Mahiyyətini başa düşmür ki, məscid etmək istədikləri Ağ Evin qabağında indi LHBT-lər vaxtaşırı toplantı, etiraz aksiyası keçirir".
Politoloq sonda əlavə edib ki, vəziyyət gərginləşsə “Səhər” kanalının rəhbərliyi hər şeyi aparıcı qızın üstünə atacaq:
"Fərqli psixikası olan adama oxşayır. Bu adam müharibədən, bəd hadisələrdən nəşələnir. Deyə bilərlər ki, dərman atır, kənardan nəsə təsir edir. “Səhər” kanalının rəhbərliyi istəsəydi aparıcını idarə edə bilərdi. Ona görə R.T.Ərdoğanı və İ.Əliyevi söyməsinin məsuliyyəti aparıcının üstündə deyil, aparıcını ora çıxardanlardadır".
Xəbər 537 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|