Daha bir azərbaycanlı müharibədə həlak oldu
Oğul atasına səkkiz bıçaq zərbəsi endirdi
İlham Əliyev və birinci xanım Patriarxı Kirill ilə görüşüblər
Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıtdı
Cəhənnəmdə yanmağımızı istəyirlər - Azərbaycanlı reper
Anar Kərimov uzun fasilədən sonra göründü - Foto
Ekspert imtahan dəyişikliklərini tənqid etdi
Mən Rusiya agentinə aşiq oldum - Ukraynalı xanım
Tələbə qəbulu ilə bağlı dəyişikliklər necə olacaq?
Xəzərdə bir narkotik qaçaqmalçısı öldürüldü


21.09.2017  20:08 

DİN-dən Bakı-Sumqayıt marşrutları ilə bağlı - Xüsusi əməliyyat





A+  A-

Yol polisi bu dəfə Sumqayıt yolunda reyd keçirib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) Dövlət Yol Polisi Şöbəsi (DYPŞ) əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, həmçinin sərnişindaşıma qaydalarını kobud şəkildə pozaraq insanların həyatını təhlükə altında qoyan avtobus və mikroavtobus sürücülərinin müəyyən edilməsi məqsədi ilə reyd keçirib.

Reyd zamanı Bakıdan Sumqayıta və əks istiqamətə qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus sürücüləri saxlanılaraq xətdən kənarlaşdırılıb. Reyd nəticəsində sərnişin daşınması üçün nəzərdə tutulan standartlara cavab verməyən, müvafiq fərqlənmə nişanı olmayan 24 avtobus mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin avtobusların əksəriyyətinin konstruksiyalarında dəyişikliklər edilərək salonlarına əlavə oturacaqlar quraşdırılıb.

Saxlanılan avtobus sürücülərinin sənədləri yoxlanılan zaman onların əksəriyyətinin həmin nəqliyyat vasitələrini idarə etmək üçün müvafiq kateqoriyası və sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin aparılan araşdırmalar zamanı sərmişin mikroavtobusu kimi fəaliyyət göstərən bir neçə nəqliyyat vasitəsinin əvvəllər yük maşını kimi istismar edildiyi də müəyyən edilib.

Bakı-Sumqayıt magistral yolundan mütamadi olaraq istifadə edən sərnişinlərə, tələbələrə, o cümlədən valideyinlərə bu cür qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərin idarə etdiyi texniki cəhətdən nasaz mikroavtobuslardan istifadə etməmələri tövsiyyə olunur.

Sumqayıt ŞPİ DYPŞ əməkdaşları tərəfindən qanunsuz sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlər mütəmadi olaraq davam etdiriləcək.

Xəbər 1525 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı


BÜTÜN XƏBƏRLƏR +