200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


29.08.2021  13:17 

“Tək doz peyvəndlər bizi təhlükələrdən qorumur” - Rəşad Mahmudov





A+  A-

“Koronavirus dalğasının növbəti fazasındayıq. Bu dövr ərzində vurdurduğumuz ilk doz və tək doz peyvəndlər bizi təhlükələrdən qorumur”.
XəzərNews.az xəbər verir ki, bu sözləri tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov feysbuk səhifəsində yazıb.

“Sayıqlığı əldən verməməliyik, gigiyenik qaydalara, karantin şərtlərinə əməl etməliyik, arxayınçılığa əsasımız yoxdur! Unutmayaq ki, arzuolunan müsbət nəticələr iki dozu tamamlanmış, üzərindən iki həftə keçmiş insanlar üçün keçərlidir”, - o qeyd edib.

Mahmudov bildirib ki, Mərkəzi Gömrük Hospitalında aparılan ilkin statistik analizlər və müşahidələrə görə aşağıdakılar müəyyən olunub:

- müalicə alan xəstələr arasında vaksin vurdurmuş xəstələr olsa da, həyatını itirənlər arasında iki doz vaksin olunmuş xəstə olmayıb.

- ikinci doz vaksin almış və reanimasiyaya düşmüş xəstə sayı 1 nəfər olub ki, o da sonradan tam sağalıb və məlum olub ki, xəstə hospitalizasiya olmamışdan əvvəl ev şəraitində dexametazon istifadə edib.

Tibb üzrə elmlər doktoru iki dəfə peyvənd olunmuş və COVID-19-a yoluxmuş şəxslərin həyatı üçün hər hansı bir təhlükənin olmadığını qeyd edib:

“Ən az iki doz vaksin olunmuş, COVID-ə yoluxmuş xəstələr, ev şəraitində tövsiyə olunmayan dərmanlar qəbul etməzsinizsə, həyatınız üçün heç bir təhlükə olmadığına əmin olun, tam arxayınlıqla virusa qalib gələcəyinizə inanın!”

Millət vəkilinin sözlərinə görə, ölkəmizdə tətbiq olunan bütün növ vaksinlər immunitetimizi bu virusla mübarizədə lazımi səviyyəyə qaldıran dünya tərəfindən qəbul edilmiş preparatlardır.



Xəbər 2499 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +