200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


22.07.2021  11:05 

“Kondisioner altında oturan ağanın nə vecinə, nökərin çöldə canı çıxır” - Deputat





A+  A-

“Temperatur 40 dərəcədən yuxarıya qalxırsa, hökumət bütün yerlərdə, xüsusilə də açıq iş şəraitində çalışanların işləməsini qadağan etməli, yaxud da təcili vaxt dəyişikliyinə getməlidir. İnsan həyatını risqə soxmaq olmaz”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa isti hava şəraitində çalışan işçilər barədə danışarkən deyib.

“Müşahidə edərəm ki, bir çox yerlərdə iş rejimi əvvəlki qaydada davam edir, necə deyərlər, içəridə kondisioner altında oturan ağanın nə vecinə, nökərin çöldə canı çıxır”, - deputat bildirib.

Fazil Mustafanınm sözlərinə görə, son günlər temperatur 42-43 dərəcədən aşağı düşmür, ancaq normal açıqlama da verən yoxdur:
“Adamlar nicat yolunu artıq milli balıqların belə üzə bilmədiyi çirkli dənizimizdə sərinləməkdə tapırlar. Vətəndaşın sağlamlığından vacib heç nə ola bilməz”.

Xəbər 3115 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +