Nazirlik banklara 400 milyon depozit qoydu
Kimlərə hərbi xidmətdən möhlət hüququ verilir?
Avtomobillərinə həbs qoyuldu - Siyahı
Putin ağıllı adamdır - Tramp
Qərbi Azərbaycan İcması ləğv ediləcək? - Açıqlama
Arvadına qarğış etdiyi üçün anasını döydü
Azərbaycan əsilli milyarder oğluna toy edir
Ryazanda barıt zavodunda partlayış olub
Putin Trampa razılaşma təklif edib - Reuters
Snayper iki rus hərbçisini 4 km məsafədən vurdu


11.12.2019  11:43 

Trampla Lavrovun görüşündə nələrdən danışılıb?





A+  A-

ABŞ Prezidenti Donald Tramp öz tvitter mikrobloqunda Vaşinqtonda səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrovla görüşünə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, Amerika lideri Rusiya XİN rəhbəri ilə fotosunu paylaşaraq görüşün çox yaxşı keçdiyini, rəsmi Moskva ilə dialoqun yaxın zamanlarda davam edəcəyinə ümid etdiyini qeyd edib.

“Elə indicə Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Rusiya nümayəndə heyəti ilə çox yaxşı görüş keçirdim”, -deyə Tramp yazıb.

Onun sözlərinə görə, iclas zamanı ticarət, İran, Şimali Koreya, İNF müqaviləsi (orta və qısa mənzilli raketlərin ləğvi), nüvə silahına nəzarət və seçkilərə müdaxilə də müzakirə edilib.

Sergey Lavrov da görüşün qarşılıqlı anlaşma şəraitində keçdiyini deyib: “Ağ Evdə Prezident Donald Tramp ilə görüş keçirildi. Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə ilk növbədə Rusiya və ABŞ-ın dünyadakı vəziyyətə cavabdehliyi məsələsinə toxunuldu”.

Onun sözlərinə görə, iclasda strateji sabitlik və silah nəzarəti mövzuları qaldırılıb. Bundan əlavə, tərəflər Fars körfəzində böhranın qarşısını almaq üçün addımlar atmağa razılıq veriblər.

Lavrov, həmçinin qeyd edib ki, Tramp Qələbənin 75 illiyi münasibətilə Rusiyaya səfər etmək təklifini nəzərdən keçirir:

“Prezident Vladimir Putin, bu ilin iyununda Yaponiyada keçirilən G20 sammitində Amerika liderini gələn ilin mayın 9-da Moskvada keçiriləcək Qələbə Günü tədbirlərinə dəvət edib”.

Xəbər 2931 dəfə oxunub.




16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp

15.08.2025  13:02 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +