200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.07.2019  16:53 

Kasilyas “Portu”da rəhbərliyə gətirildi





A+  A-

Madrid “Real”ının əfsanəvi futbolçusu, son illərini “Portu”da keçirən İker Kasilyas klubun rəhbər heyətinə daxil edilib.
XəzərNews.az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə, 38 yaşlı qapıçı futbolçular, məşqçi və idarəçilər arasındakı əlaqəni təmin edəcək, eləcə də klub daxilində digər önəmli funksiyaları yerinə yetirəcək.

“Mən həmişə məşğul olduğum işdən fərqli nəsə görəcəm. Komanda ilə klub arasında əlaqə qurmağa çalışacam. Rəhbərlik mənimlə bu məsələni infarkt keçirəndən sonra, ötən sezonda müzakirə edib. Dedilər ki, onlarla qalmağımı istəyirlər. Çünki klubda xeyli dəyişiklik olacaq. Komanda yoldaşlarıma kömək etmək üçün əlimdən gələni edəcəyəm”, - deyə Kasilyas söyləyib.

Xatırladaq ki, Kasilyas bu ilin mayında məşq zamanı infarkt keçirmişdi. Nəticədə qapıçı xəstəxanaya yerləşdirilmiş və bir müddət müalicə almışdı. Həkimlər də ona karyerasını bitirməyi məsləhət görmüş, o da buna əməl etmişdi.

Xəbər 1322 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +