İsveçdə atışma: Həlak olanlar var
Bağ evlərinin satış və kirayə qiymətləri artıb-VİDEO
Hindistan və Pakistan arasında hərbi toqquşmalar başlayıb
Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib


05.05.2020  14:23 

Alı Alıyev onlayn müşavirə keçirib





A+  A-

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev yerli icra nümayəndələri və bələdiyyə sədrləri ilə onlayn videomüşavirə keçirib.
XəzərNews.az xəbər verir ki, müşavirədə koronavirus (COVID-19) infeksiyası ilə bağlı rayonda vəziyyət və görülən işlər müzakirə edilib. RİH başçısı bildirib ki, Nazirlər Kabineti yanına Operativ Qərargahın yeni qaydalarına əsasən ümumi karantin rejimi müddəti 31 may 2020-ci ilə qədər uzadılır. Eyni zamanda Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.

Bununla yanaşı məhdudiyyətlərin yumşaldılması ilə eyni zamanda koronovirusla mübarizə tədbirləri, dezinfeksiya işləri daim davam etdirilməlidir. Restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunsa da müəyyən olunmuş qaydalara və sanitar gigiyenik normalara əməl olunmalıdır. Toy və çox sayda insanın iştirakı ilə yas mərasimlərinin keçirilməsi qadağandır. Parklarda və ictimai iaşə obyektlərində insanların 10 nəfərdən artıq qruplarda cəmlənməsi qadağandır.

RİH başçısı bildirib ki, bəzi rayonlarda məsul şəxslər vəzifə saxtakarlığına yol verərək arayışlara bilə-bilə yalan məlumatlar daxil edib ayrı-ayrı şəxslərin xüsusi karantin rejimi qaydalarına zidd olaraq rayon ərazisini tərk etməsinə şərait yaratdıqlarına görə vəzifələrindən azad edilərək haqlarında cinayət işi açılıb. Bir daha icra nümayəndələri və bələdiyyə sədrlərinə tapşırıldı ki, belə hallara yol verən şəxslər kimliyindən asılı olmayaraq vəzifəsindən azad edilərək cinayət məsuliyyətinə cəlb ediləcək.

Xəbər 1876 dəfə oxunub.




29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +