Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


01.08.2017  13:27 

“Azəriqaz”ı SOCAR-dan ayırırlar?.. - AÇIQLAMA





A+  A-

“Azəriqaz” İstehsalat Birliyinin SOCAR-ın tərkibindən ayrılması ilə əlaqədar məlumat yayılıb. Bununla bağlı bir ay əvvəl qərar verildiyi bildirilir. Bəzi səlahiyyətlərin “ASAN Xidmət” mərkəzinə verilməsinin də Birliyin SOCAR-ın tərkibindən ayılmasına gətirib çıxardığı iddia olunur. Məhz təxminən bir ay əvvəl bu səbəbdən Birliyin loqosunda dəyişiklik edildiyi bildirilir.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev yayılan məlumatların əsassız olduğunu deyib:

“Loqotip şirkətin əsas fəaliyyət istiqamətini-ölkənin təbii qazla təminatçısı olduğunu bildirən korporativ elementdir. Loqotipdə təqdim olunan element qaz plitəsində yanan alov dilini əks etdirir. Onun göy rəngdə olması çatdırılan məhsulun “mavi yanacaq” olduğunu, habelə, məhsulun saflığını, təmizliyini və yüksək keyfiyyətini bildirir.

Onu da qeyd edim ki, ölkə ərazisində təbii qazın paylanması və satışını həyata keçirən “Azəriqaz” İstehsalat Birliyi müştərilərə xidmət səviyyəsinin yüksəldilməsi, kommunikasiya səmərəliliyini artırmaq üçün əlaqə vasitələrini genişləndirməkdə davam edir.
“ASAN Kommunal” və “ASAN Xidmət”də müştərilərinə 17 növdə xidmət göstərilir.
Cari ilin ilk yarısında mərkəzlər vasitəsilə 58 409 müraciət daxil olub və icrası tam təmin edilib. "Azəriqaz" İB-nin özünəməxsus əlaqə vasitələrinin geniş tətbiq olunması nəticəsində həmin əlaqə vasitələrinin xüsusi loqotip və üslubla rəmzləşdirilməsinə zərurət yaranıb”.

İ.Kərbalayev bildirib ki, vahid korporativ üslub “Azəriqaz”ın hazırkı mövcud strukturuna müvafiq tətbiq olunacaq, heç bir struktur dəyişikliyinə səbəb olmayacaq.

Modern.az


Xəbər 1930 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +