Zabrat qəsəbəsində obyekt yanır - VİDEO
Bu səfirlikdə müşavir vəzifəsi təsis edildi - Sərəncam
Milyonlarla borcu olan şirkətlər bağlandı
“Ailə Park“ MTK gecələr söküntü aparır
Kommunal xidmətlər üzrə vahid abunəçi kodu yaradılır
Su altında qalan “Bağırov” körpüsü və “Kolin” şirkəti...
Lukaşenko Putinlə görüşmək üçün Volqoqrada gedib
Sorğuları “Fake News”un özü kimi, saxtadır! - Tramp
Kirill Dmitriyevin bacısı Ukraynaya necə səfər edib?
Evi yanan qazi çarəsiz durumda... - Kömək yoxdur


10.02.2025  12:12 

Ukraynadakı diasporumuz toplandı, İdarə Heyəti genişləndi - Fotolar





A+  A-

Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, UABD İdarə Heyətinin üzvləri, diaspor fəalları, tanınmış iş adamları, ziyalılar və müharibədə iştirak edən Azərbaycan əsilli hərbçilər iştirak edib.

XəzərNews.az xəbər verir ki, tədbirdə Ukrayna Ali Radası sədrinin müşaviri, UABD sədri Hikmət Cavadov çıxış edərək çətin müharibə şəraitində fəaliyyət göstərmələrinə baxmayaraq Azərbaycan icmasının davamlı olaraq bir araya gəldiyini, soydaşlarımızla bağlı qarşıya çıxan problemləri həll etdiklərini, vilayətlərdə fəaliyyət göstərən nümayəndəliklərlə təmasda olduqlarını bildirib. H.Cavadov qeyd edib ki, azərbaycanlılar hər zaman olduğu kimi bu ağır müharibə günlərində də ukraynalıların yanında durmağı bacardı:

“Cənab Prezident İlham Əliyevin tapşırığı ilə Ukraynaya göndərilən yardımlarla yanaşı, burda yaşayan və Azərbaycan diasporunun çətiri altında birləşən soydaşlarımız da Ukraynaya mütəmadi dəstək göstərir, müharibədə düşmənə qarşı onlarla çiyin-çiyinə vuruşurlar”.



İdarə Heyətinin üzvləri Rusiyanın Ukraynaya təcavüzündən danışıblar, müharibə iştirakçısı olan ukraynalılara və azərbaycanlılara göstərilən dəstəyin bundan sonra da davam edəcəyi barədə qərar qəbul olunub.

Toplantıda müharibə şəraitində olan Ukraynada yaşayan azərbaycanlıların qarşılaşdıqları problemlərə toxunulub, Azərbaycanın Ukraynadakı səfirliyi və konsulluq xidmətinin soydaşlarımızla iş prinsipi, onlara göstərilən qayğı yüksək qiymətləndirilib.



Toplantıda "Ukrayna-Azərbaycan Müharibə Döyüşçüləri Qardaşlıq Cəmiyyəti"nin həmsədri Vidadi İsrafilov UABD-nin sədr müavini seçilib. Bundan başqa diaspor fəaliyyətində xüsusi fəallığı ilə seçilən və aralarında iş adamı, elm xadimi, hərbçi, Ukrayna Silahlı Qüvvələrinə dəstək verən könüllülərdən ibarət daha 10 nəfər İdarə Heyətinə qəbul olundu.

UABD tərəfindən maliyyələşdirilən Azərbaycan Evində baş tutan toplantıda həmçinin həyata keçiriləcək layihələr müzakirə edilib. Bu layihələr sırasında Azərbaycanın təbliği, aktiv müharibə bölgələrində yaşayan soydaşlarımıza dəstək, dünyasını dəyişən və yaralanan azərbaycanlıların övladlarının təhsil məsələləri xüsusi yer tutub.



Xəbər 1367 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.04.2025  13:33 

Sabah 21° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +