Prezident Tiranaya işgüzar səfərə gedib
“İbrahim sazişləri”nə qoşulması Azərbaycana nə verə bilər?
Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp


15.05.2022  14:11 

“Güc dili“ ilə meydan oxumaq dəlilik deyil, bəs nədir?





A+  A-

Sergey Lavrov diplomatlığı bir kənara qoyub propaqandistliyə (Kremlin işğalçılıq siyasətinin təbliğatına) başladığı kimi Rusiyanın əksər politoloqları da hazırda eynilə bu yolu tutublar.

Hətta Sergey Markov kimi nüfuzlu politoloq da dönüb olub əsl propaqandist.
Bu adamın son paylaşımlarında politoloqluqdan zərrə qədər də əsər-əlamət yoxdur. Onun təbliğati xarakterli statuslarının altında rəy yazan sıravi izləyicilər ondan daha çox sanballı politoloji fikirlər yürüdürlər.

Markovun dünənki paylaşımı Avropadakı rusofobiyaya həsr olunub.

Deyir ki, hazırda rusofobiya guya, Avropa Birliyininin rəsmi siyasətinə çevrilib və ruslar da 21-ci əsr Avropasının yəhudiləri qismindədirlər.

Kremlin bəslədiyi bu təbliğatçı-"politoloq" iddia edir ki, Avropa ölkələri demokratikliklərini itiriblər və ruslara qarşı repressiyalara başlayıblar.

Markov bildirir ki, Avropadakı ruslar bu repressiyalara qarşı əsl dəyanət göstərir və öz hüquqları uğrunda, azadlıq və demokratiya uğrunda qətiyyətlə mübarizə aparırlar.

Avropadakı diktatura sayağı repressiyalardan dəm vuran S.Markov nədənsə, bu repressiyaların başlanmasının əsl səbəbi - Rusiyanın Ukraynaya qarşı 81 gündür davam edən işğalçı müharibə aparması barədə isə bir kəlmə də danışmır.

Bəli, Markovun cəsarəti çatmır desin ki, 21-ci əsrdə suveren bir ölkənin ərazisinə qoşun yeridən barbar ölkənin xarici ölkələrdəki diaspor üzvlərinə, turistlərinə pis münasibət göstərilməsi tamamilə təbii və anlaşılandır.

İşğalçı ölkənin vətəndaşlarına Avropa ölkələrində xoş münasibət göstərilməsini uman, gözləyən rusiyalı politoloqların həqiqətən də ağıl problemi var.

Məhz ağıl əskikliyinin nəticəsidir ki, cənab Markov sözügedən paylaşımının sonunda deyir ki, "Avropalıların başa düşdüyü yalnız bir arqument var - bu da yumruqdur..."
Birdənə Ukrayna ilə baş edə bilməyən bir ölkənin politoloqunun bütün Avropaya bax bu cür "güc dili" ilə meydan oxuması dəlilik deyil bəs nədir?

Bəybala Mirzəyev


Xəbər 7759 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +