İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


17.11.2021  10:32 

Bakıda məktəblərində “patı” həyəcanı - Valideynlər təlaşda - FOTO





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda məktəblərin birinə “patı” gətirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

XəzərNews.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatların araşdırılması yekunlaşıdırılıb.

O qeyd edib ki, məsələ təsdiqini tapmayıb: “Bəzi sosial şəbəkə seqmentlərində yayılmış məlumatlarda deyilənlərə görə, Bakıxanov qəsəbəsində məktəblərdən birinə psixotrop maddə - metamfetamin (patı) gətirilməsi ilə bağlı yayılan iddialar əsassızdır. Bu istiqamətdə keçirilən tədbirlərlə yayılan iddialar təsdiqlənmir”.



“Sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, belə əsassız, həqiqətə uyğun olmayan faktsız, iddialara inanmasınlar. Ölkə ərazisində hüquq-mühafizə orqanları tərəfindən bütün neqativ hallara qarşı mübarizə aparılır. Əgər kimdəsə belə əsaslı fakt varsa, həmin faktla Daxili işlər orqanlarına müraciət edilməlidir. Bu həm də vətəndaş məsuliyyəti və vətəndaş vəzifəsidir” – o vurğulayıb.



Xəbər 3988 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +