İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


15.01.2021  20:16 

Çavuşoğludan Qarabağdakı Birgə Mərkəzlə bağlı açıqlama





A+  A-

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfəri sonrası ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
XəzərNews.az xəbər verir ki, ABŞ, Avropa Birliyi, Yunanıstan, Çin, Liviya və Körfəz ölkələri ilə münasibətləri qiymətləndirən Çavuşoğlu Qarabağda qurulacaq Ortaq Müşahidə Mərkəzinin harada yerləşəcəyinə dair sualı da cavablandırıb.

“Ortaq Müşahidə Mərkəzi üçün yer müəyyənləşdirilib, konteynerlər gətirilib və tikinti başladılıb. İlkin mərhələdə 60 türk və 60 rus hərbçisinin olacağı bir mərkəz qurulur. Bu mərkəz Ağdamda, təmas xəttindən təxminən 8 km uzaqlıqda yerləşəcək. Azərbaycanlılar da məmnundur. Əsgərlərimiz də yola düşməyə başlayıb. Sözügedən yer böyük bir qərargah deyil, müşahidə mərkəzi olacaq. Gələcəkdə ehtiyac olarsa, Azərbaycanla ikili razılaşma edərək, lazım olan dəstəyi hər zaman verə bilərik. Ayrıca olaraq biz Qarabağda Rusiya sülhməramlı kontingentinin statusuna dair razılaşma imzalanması üçün Rusiyanı da təşviq edirik”,- deyə Çavuşoğlu qeyd edib.

Xəbər 4187 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +