Qazilər dərmansız qalıb – TƏBİB sənədləşmə adı altında...
DİN vətəndaşlara xəbərdarlıq etdi
Allahı tanımaq daxil olmaqla İran üçün IV şərt
İtkin düşən 15 yaşlı qız 5 gün sonra tapılıb
Hüdudlarımızın kənarında da sülh nə qədər tez təmin edilərsə... - Prezident
Rəhbərin ölkədən çıxışına “stop” qoyuldu
Tramp yalan danışır?
Savaş bitdimi? - Atəşkəs təsdiqləndi
Prezident elektrik stansiyasının açılışında iştirak edib
Sabiq partiya sədrinin oğlunun ölüm səbəbi açıqlandı


03.06.2020  21:53 

Həftə sonları küçəyə çıxmaq qadağan olunacaq





A+  A-

Həftə sonları küçəyə çıxmaq qadağan oluna bilər.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, bu günlərdə Fəvvarələr meydanında karantinin pozulmasına göstərilən cəhd, metroda ilk gündən həkimlərlə birgə çiyin-çiyinə mübarizə aparan polisə müqavimət göstərmək bizim tərəfimizdən qətiyyən qəbul olunmur: "Bunların nəticəsidir ki, bu gün karantin xəstəxanalarımızın üzərinə böyük yük düşür. Sumqayıt şəhərində bir xəstəxana da koronavirusdan mübarizə üçün ayrılıb. Məcburiyyətdən digər xəstəxanalarımızı da pandemiya ilə mübarizəyə ayırırıq. Bu da digər sahələrdə problemlər üzə çıxara bilər. Düzdür, hazırda bütün bunları nəzərə almışıq.

Virusa yoluxmanın artması bizi məcbur etdi ki, Operativ Qərargaha müraciət edək. Artıq yoluxanlarla sağalanların arasındakı fərq 200-ü keçib. Bu alqoritm həftə sonları məhdudlaşdırmanı gündəmə gətirib. Bizim bu barədə müraciətimiz dəyərləndirilib. Cümə günü axşamdan etibarən bazar ertəsi səhərədək tam küçəyə çıxmaq qadağan olunması ilə bağlı təkliflərimiz hazırdır. Birinci klastra Bakı, Sumqayıt, Gəncə, Abşeron rayonu və Lənkəran şəhərləridir. Bakı şəhər başda olmaqla bu şəhərlərdə və rayonda yoluxmanın intensivliyi yüksəkdir. Bu həftəsonu, ola bilsin ki, irəlidəki 1-2 ay ərzində bütün həftə sonları, hətta həftə sonları bayrama yaxın günlərdə olacaqsa, bəlkə 3-cü gün də əlavə etməklə 2 və ya 3 günlük tam şəkildə küçəyə çıxmaq qadağasının tətbiq olunması ilə bağlıdır.

Ola bilsin irəlidəki aylarda hər həftə sonu bayramlar da daxil olmaqda küçəyə çıxmaq tam qadağan olunsun. Operativ Qərargahda bizim təkliflərimizlə bağlı qərar qəbul olunub. Sabah detallar açıqlanacaq".

Xəbər 3272 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2025  12:19 

Məktəbli formaları dəyişəcək?

24.06.2025  11:42 

İsrail hava məkanını açdı

24.06.2025  10:37 

Tramp yalan danışır?

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +