İran Bəhreyn, Küveyt, İraq və Qətərdəki ABŞ bazalarını vurdu
Azərbaycan Ermənistan XİN-ə cavab verdi
İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video
Elarizin qızı məhkəməyə çağırıldı
İran nüvə obyektini nə zaman boşaldıb?
Putinlə Abbas Əraqçi arasında görüş başlayıb
Sərhədlər oktyabradək açılmayacaq - Baş nazir qərar verdi
Bəzi yerlərdə yağış yağacaq
Bəzən qalxırsan, bəzən isə yıxılırsan - Tofiq Musayev
“Azəriqaz” çilingərləri işdən azad edir


22.12.2017  16:25 

Bomba şayiəsi vağzala nə qədər ziyan vurdu?





A+  A-

Dekabrın 21-də Bakı Dəmir Yolu Vağzalına partlayıcı qurğunun yerləşdirildiyi barədə xəbər araşdırılarkən işin 5-6 saata yaxın dayandırılmasına baxmayaraq, quruma maddi zərər dəyməyib.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov bildirib.

E.Muradov bunu, həmin saatlarda hərəkətdə olan qatarların olmaması ilə əlaqələndirib:

“Qatarlar faktiki olaraq axşam saatlarında hərəkət edir. Axtarışlar bitdikdən sonra vağzal tam rejimdə işini bərpa etdi. Heç bir reysimiz təxirə salınmadı”.

Qurum rəsmisi yalnız satış və xidmətlə bağlı fasilə yarandığını vurğulayıb:

“Həmin saatda bilet satışı məntəqəsi işləməyib, “ASAN kommunal”ın fəaliyyəti dayandırılıb və s. Bilet alınsaydı belə, sərnişin həmin saatda harasa getmirdi. Həmin vaxt bilet ala bilməyən, bir neçə saat sonra alıb. Nəticə etibarilə zərər qeydə alınmayıb”.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Bakı Dəmiryolu Vağzalında Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Araşdırmalr zamanı hər hansı partlayıcı qurğu aşkarlanmayıb.

Xəbər 3049 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.06.2025  14:29 

Bakıda “EuroVillage 2025”

23.06.2025  13:35 

Bəzi yerlərdə yağış yağacaq

23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?


BÜTÜN XƏBƏRLƏR +