Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi
Porno aktyor penisinə iynə vurdu, xəstəxanalıq oldu
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət... - Siyahı
Arif Babayevə Heydər Əliyev Mükafatı verilib
Putin Si Cinpinlə görüşüb - Moskvada
Özümüzü Fransa ilə də müqayisə edə bilərik - Bakı meri
Universitetin kampusuna balta ilə hücum olub
Ukrayna qoşunları Kurskda irəliləyir


03.04.2025  15:08 

Hakimləri təhqir edən klub prezidentinə ağır cəza verildi





A+  A-

AFFA İntizam Komitəsi 2-ci liqada mübarizə aparan "Hypers Quba”nın prezidenti Ayaz Abdullayevi, məşqçisi Rəsul Babazadəni, futbolçuları Baxşəli Baxşəliyev və Xaqan Məmmədovu cəzalandırıb.

XəzərNews.az xəbər verir ki, qurumun bugünkü iclasında belə qərar qəbul edilib.

Qərarda qeyd edilib, 2-ci liqanın 19-cu turunun "Ağdaş”la oyunu bitdikdən sonra "Hypers Quba”nın prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb. "Hypers Quba” 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Həmçinin eyni görüş başa çatdıqdan sonra "Hypers Quba”nın məşqçisi Rəsul Babazadə meydana daxil olaraq hakimi hədələyib. O, bu səbəbdən 2 oyun cəzalandırılıb. Klub isə 100 manat cərimə edilib.

Bundan əlavə, həmin oyunda "Hypers Quba”nın futbolçularından Baxşəli Baxşəliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq, Xaqan Məmmədov isə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 matçlıq cəzalandırılıb.

Qeyd edək ki, "Haypers Quba” – "Ağdaş” görüşü 3:3 hesabı ilə yekunlaşıb.

Xəbər 2326 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +