Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


23.08.2020  14:18 

Arvadını yandıran ər həbs edildi





A+  A-

İyunun 9-da, saat 06 radələrində Əmirova Şura İslam qızının Kürdəmir rayonu, Muğanlı kəndi ərazisində traktorda əri Hüseynov Nurlan Üzeyir oğlu ilə aralarında yaranmış mübahisə nəticəsində əri tərəfindən üzərinə benzin tökülərək yandırılması faktı ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Kürdəmir rayon prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində təqsirləndirilən Nurlan Hüseynov istintaqa cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Avqustun 22-də Şura Əmirova müalicə olunduğu xəstəxanada vəfat etdiyindən cinayət işi üzrə əməl rayon prokuroru tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməklə rayon prokurorluğunun icraatına götürülüb.

Hazırda iş üzrə rayon prokurorluğu tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər 1820 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +