Fransa Ukraynada dron istehsal edəcək
Yük avtomobili “Volkswagen“i əzib keçdi
Deputat Sumı əhalisinin təxliyəsini təklif edib
İlon Mask Trampla bağlı paylaşımı silib
Yumruq-təpiklə vurmağa başladılar - Restoranda dava
Paşinyana qarşı impiçment prosesi başlayır
Qırğızlar Leninin ən hündür abidəsini sökdülər
Ukraynalı qadın və qızı Belçikada öldürülüb
İlon Mask Amerika Partiyası yaradır
Şübhəli bilinən 36 nəfər saxlanılıb


01.04.2025  13:08 

Sabiq deputatın binasının damında mansard tikilir? - FOTO





A+  A-

Sabiq deputat Mahir Aslanova məxsus MTK-nın inşa etdiyi binanın damında söküntü işləri aparılır. Söhbət Bakı şəhəri, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanlarında yerləşən binadan gedir. Bina “Kəpəz” MTK tərəfindən inşa edilib.

XəzərNews.az "Müsavat"a istinadən xəbər verir ki, bu vəziyytədən sakinlər narazıdır. Sakinlər bildirir ki, binanın damında söküntü işlərinin aparılmasında məqsəd mansard tikilməsinə hazırlıqdır.

“Binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış məqsədli mənzil düzəltmək üçün binaların damlarını tamamilə sökürlər. Gələcəkdə bu evləri alan vətəndaşlar çox böyük risk almış olacaqlar. Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlansa da tədbir görülmür”- deyə müraciətdə qeyd edilir.

Məsələ ilə bağlı MTK-dan münasibət öyrənmək mümkün olmadı.

Qeyd edək ki, sabiq deputatın biznesinə “Happy inn” otel, “Kəpəz Hospital” və “Kəpəz Group” da daxildir.

Xəbər 1388 dəfə oxunub.




05.06.2025  17:21 

Azərbaycanda zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +