Karapetyan bu sərvəti necə qazanıb?
III qrupda keçid balları 3-5 bala qədər artacaq
Nazirlər İranı müzakirə etdilər
Naxçıvanda 2 rayona prokuror təyin olundu
Ölüm olan klinikadakı həkim qanunsuz işləyirmiş
İsrail Xameneinin bunkerinin yerləşdiyi ərazini vurur
Masaya oturmaq gec deyil - Yohan Vadephul
İlham Əliyev sabah Türkiyəyə gedəcək
Bəzi rus hərbi əsirləri dəyişdirilmək istəmir - Nazir müavini
İran kütləvi dron hücumuna başlayıb


13.06.2025  11:08 

İsrailin İrana hücumu pislənilir





A+  A-

İsrail İranın nüvə obyektlərinə və raket fabriklərinə zərbələr endirir, İran isə 100-yaxın dron vasitəsi ilə bu hücuma cavab verir. “Reuters” agentliyi belə yazır. Agentlik bildirir ki, bu hücumdan ABŞ-ın xəbəri olmayıb. İsrail bu barədə Fransaya da xəbər verməyib.

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib: "Bu, bizi məhv etmək niyyətində olan düşmən tərəfindən mövcudluğumuza qarşı yönəlmiş təhlükənin qarşısını almaq üçün həyata keçirilən kritik bir əməliyyatdır".

Səudiyyə Ərəbistanının bəyanatında deyilir: “Qardaş İran İslam Respublikasına qarşı, onun suverenliyinə və təhlükəsizliyinə xələl gətirən, beynəlxalq qanunların və normaların açıq şəkildə pozulması ilə müşahidə olunan İsrailin açıq-aşkar təcavüzünü kəskin şəkildə pisləyirik”.

ABŞ-İran danışqlarına vasitəçilik edən Oman sultanlığı da İsrailin bu hücumundan ciddi şəkildə narazıdır: “Bu hücum Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin, beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasından doğan təhlükəli eskalasiyaya səbəb olacaq. Bu cür aqressiv, israrlı davranış qəbuledilməzdir və regional sülh və təhlükəsizliyi zərbə altında qoyur…İsraili bu gərginliyə və onun nəticələrinə görə məsuliyyət daşıyır. Oman beynəlxalq ictimaiyyəti bu təhlükəli hərəkət kursunu dayandırmaq üçün qəti və birmənalı mövqe tutmağa çağırır…”

Heç şübhəsiz ki, Türkiyə də bu hücumu pisləyəcək…

Ancaq bu kimi bəyanatlar situasiyanı dəyişməyəcək…

46 yaşlı İsrail vətəndaşı xanım Elanor Scutts deyib: "İsrail olaraq başqa seçimimiz yox idi. Mənə elə gəlir ki, bu, son dəqiqədə verilmiş qərardır. İranın bizi məhv etməsini oturub gözləyə bilmərik, sonra çox gec olardı”…

Elbəyi Həsənli

Xəbər 1736 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi

18.06.2025  12:26 

Bakıda yağış yağacaq

18.06.2025  12:22 

Vəfa Ayseli kasetlə şantaj edir?


BÜTÜN XƏBƏRLƏR +