Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub
Bu kollecdə tələbələrdən 350-500 manat pul alınır - İddia
Paşinyan sülhdən danışdı


26.12.2022  10:20 

“Xaos” kişi geyimləri mağazası bağlandı





A+  A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakıda (Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 1, mənzil 46) yerləşən “Xaos” kişi geyimləri mağazasında yoxlama keçirilib.

XəzərNews.az FHN-ə istinadən xəbər verir ki, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:

- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları işlək vəziyyətdə deyil;

- elektrik təchizatı və elektrik qurğuları müvafiq qaydaların və normativ sənədlərin tələblərinə uyğun olaraq quraşdırılmayıb, yanğın təhlükəsi törədən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib;

- obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb;

- obyekt ilkin yanğınsöndürmə alət və vasitələrlə, odsöndürən balonlarla təmin olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, “Xaos” kişi geyimləri mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Xəbər 1024 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +