Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?
Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”
Ceyhun Bayramov Abu-Dabiyə səfər edib
ATƏT Krivoy Roqa görə təcili iclas çağırdı


01.12.2022  11:10 

Bu spirtli içkilər saxta çıxdı - Siyahı





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bülbül pr., ev 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Zeynəb Həsənağa qızına məxsus “Sahil” marketdə plandankənar yoxlama keçirilib.

XəzərNews.az xəbər verir ki, yoxlama zamanı obyektdə aşkar saxtalaşdırılma əlamətləri olan ümumilikdə 33 ədəd “Absolute Vodka”, “Fortuna Organic”, “Fortuna Premium”, “Nemiroff” əmtəə nişanlı araq, “Olmeca Tequila”, “Sierra” əmtəə nişanlı tekila, “Ballantines”, “Black Label” əmtəə nişanlı viski məhsulları aşkar edilib.

Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib. Aşkar olunmuş faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.

Araşdırmalar davam etdirilir.

Xəbər 906 dəfə oxunub.




07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!

07.04.2025  15:38 

Fürsətcilin ÖZÜNÜİFŞASI


BÜTÜN XƏBƏRLƏR +