Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


04.02.2022  15:12 

Vilyam Hacıyevin məhkəməsi - Bütün işçiləri üzünə durur





A+  A-

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkili barəsində elan olunmuş Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə bağlı ittihama aydınlıq gətirib. Vəkil bildirib ki, orada söhbət bir neçə ov tüfəngi barıtından gedir.

Daha sonra məhkəmədə şahidlər ifadə verib. Şahid qismində ilk olaraq, İmişli Rayon İcra Hakimiyyətində hüquq şöbəsinin müdiri olan Rahim Zahidov ifadə verib. R.Zahidov bildirib ki, işini itirməmək üçün qanuni və qanunsuz bütün tapşırıqları yerinə yetirməli olub:

"Vilyam Hacıyev tərəfindən vətəndaşlara mənzillərin verilməsi və torpaqların icarəyə verilməsi ilə bağlı tapşırıqlar verilirdi. Mənzillərin verilməsi zamanı qanunsuzluqlar olurdu. Mənzil növbəsində olan adam qalırdı kənarda, başqa adamlara ev verilirdi.

Dəfələrlə başçının özünə də deyirdim ki, növbədə dayanan adamlar var, onların hüququ pozulur. Cavabı da belə olurdu ki, mən deyirəmsə, edilməlidir. Mənzillərin satış qiymətləri isə otaq sayına görə dəyişirdi. Məsələn, yadımdadır ki, 2 otaqlı mənzilə görə 10 min manat, 3 otaqlıya görə 18 min manat alınırdı".

Şahid torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı da danışaraq bildirib ki, İcra Hakimiyyəti tərəfindən müəyyən torpaq sahələri də rüşvət müqabilində satılırdı:

"Məsələn, bir nəfərə 70-80 min manata torpaq sahəsi satılmışdı. Torpaq satışı ilə bağlı məsələlər dövlət torpaq şöbəsi ləğv olunana qədər davam etdi".

Məhkəmədə müdafiə tərəfi vəsatət qaldıraraq şahidin ifadəsində səsləndirdiyi epizodlara görə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib: "Bu şəxs hələ də icra hakimiyyətində eyni vəzifədə işləyir, demək dediyi əməlləri indi də davam etdirir. Həmçinin, özünün dediyinə əsasən, qanunsuzluqları görsə də, susub. Xahiş edirik tədbir görülsün".

Vəsatətə münasibət bildirən Vilyam Hacıyev şahidə ondan əvvəl işləmiş icra başçılarının vaxtında qanunsuzluqlar olub-olmadığını soruşub. Şahid isə ona “Xeyr, sizdən əvvəl olmayıb. Çünki onlar qanunsuz tapşırıqlar vermirdi", cavabını verib.

İmişli Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəhbəri Nazim Rəsulov da məhkəmədə şahid qismində ifadə verib. Şahid V.Hacıyevin ondan həftəlik hesabatlar tələb etdiyini deyib: "Görülən işlər haqqında yox, həftə ərzində yığılan rüşvətlə bağlı ona hesabat verilirdi. Soruşurdu nə qədər rüşvət toplanıb, rüşvət daxil olmayanda deyirdi ki, isləmirsiz də".

Proses fevralın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.

Xatırladaq ki, Vilyam Hacıyev 2020-ci ilin may ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib. O, həmin ilin mayın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Xəbər 1594 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +