Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


15.12.2023  02:09 

Vyana Rusiyaya qarşı Avropa sanksiyalarının 12-ci paketini bloklayıb





A+  A-

Vyana Rusiyaya qarşı Avropa sanksiyalarının 12-ci paketini bloklayıb.

Xəzərnews.az APA-ya istinadən xəbər verir ki, Avstriya “Raiffeisen Bank International”ın (RBI) Ukraynanın qara siyahısından çıxarılmasını tələb edir.

Bank 2023-cü ilin martında Kiyev tərəfindən sanksiyalar siyahısına daxil edilib. Bu, Rusiya bazarında fəaliyyətini davam etdirən ən böyük Qərb bankıdır. Avstriyalı bankirlər Ukrayna Milli Antikorrupsiya Agentliyinin əməkdaşları ilə görüş keçirsələr də, bu, bank üçün müsbət nəticə verməyib.

Nəticədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Ukraynanın qara siyahılarını tənqid edib, Vyana isə 12-ci anti-Rusiya sanksiyalar paketinin hazırlanmasına mane olub. Sanksiyaların bu raundunda Avropa İttifaqı Rusiya almazlarının idxalını qadağan etməyi planlaşdırır. Amma hələlik, sanksiyalar siyahısı bloklanıb, çünki Vyana onu qəbul etməzdən əvvəl bütün bəndlərini hərtərəfli yoxlamağı planlaşdırır.


Xəbər 1130 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +