Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


23.11.2017  23:34 

Ədliyyə Nazirliyində yeni təyinat





A+  A-

Ədliyyə naziri yanında İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilib.
Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, iclasda Komitənin ötən müddətdə gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Qrupunun rəhbəri Səadət Bənənyarlı qurumun koordinatoru seçilib.

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ədliyyə fəaliyyətində ictimai iştirakçılıq baxımından İctimai Komitənin mühüm rolunu vurğulayaraq əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, müvafiq tövsiyələr verib.

İclasda İctimai Komitənin işinin daha səmərəli təşkili, ədliyyənin yeni fəaliyyət istiqamətləri ilə tanış olunması, məhkumların sosial adaptasiyası və əməkdaşlığın digər formaları barədə fikir mübadiləsi aparılıb.

Sonda nazir qurumun üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim edib və uğurlu fəaliyyət arzulayıb.

Xəbər 1353 dəfə oxunub.




13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +