Azərbaycanlı hərbçi Ukraynada həlak oldu
Ermənistan regionda yeni eskalasiya riski yaradır - Siyasi şərhçi
Putin Zelenski ilə görüşəcəkmi?
Xaçmazda 15 yaşlı oğlu öldürülən ana fəryad edir
Putin İrana gedir... - Hazırlıqlar başladı
Atəşkəsə nail olmaq üçün... - Peskov açıqladı
Gələn ay 13 gün iş olmayacaq
İmtahanların doğru cavabları açıqlandı
Sabah Bakıda yağış yağacaq
Rusiya Mərkəzi Asiyanı Avropa İttifaqından necə uzaqlaşdırır?


29.12.2021  13:50 

Bayram günlərində hava necə olacaq?





A+  A-

Yeni İl bayramı günlərinin hava proqnozu açıqlanıb.

XəzərNews.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevaya istinadən xəbər verir ki, o, son 20 ilin meteoroloji müşahidələrinin nəticələrinə nəzər salıb.

O qeyd edib ki, aparılmış təhlillərə əsasən deyə bilərik ki, son 20 ildə Bakı və Abşeron əhalisi Yeni İli yalnız 4 dəfə 2007, 2009, 2012, 2016-cı illərdə sulu qar və qarla qarşılayıb: “2009-cu ilin Yeni ilində isə yağan qarın hündürlüyü 14 santimetr olub ki, bu da Bakı üçün nadir hadisə idi. Ən aşağı temperatur Bakıda və Abşeron yarımadasında, 2009-cu ildə 1.6 dərəcə şaxta qeydə alınıb. Ölkəmizin digər bölgələri üzrə ən aşağı göstərici 2006-cı ildə Naxçıvan MR-da 26,5 dərəcə şaxta olub.

Qarsız qarşıladığımız illərin sayına bir il də əlavə olunacaq. Bayramın ilk günləri dekabrın 31-i və 2022-ci il yanvarın 1-2-də ölkə ərazisinin hava şəraiti atmosfer təzyiqinin tədricən aşağı enməsi fonunda nisbətən sabit və əsasən yağmursuz keçəcək”.


Xəbər 1702 dəfə oxunub.




12.05.2025  13:00 

Gələn ay 13 gün iş olmayacaq

12.05.2025  12:54 

Sabah Bakıda yağış yağacaq

12.05.2025  11:41 

PKK ləğv olundu


BÜTÜN XƏBƏRLƏR +