200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.12.2023  09:09 

Neftçalada soyğunçuluq edən şəxs saxlanılıb





A+  A-

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da axşam saatlarında rayonun Bankə qəsəbəsi ərazisində yerləşən şəhid ailəsinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olaraq ev sahibinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs - rayonun Mirzəqurbanlı kənd sakini Aqil Sadıqov saxlanılıb.

DİN-dən Xəzərnews.az-a bildirilib ki, ilkin dindirilmə zamanı sonuncu törətdiyi cinayət əməlini etiraf edib.

Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Sadıqov qeyd edilən əməli törətdiyi gün qəsəbədə yaşayan qohumlarının evinə qonaq gəlib. Qonşuluqda yerləşən şəhid ailəsinə məxsus olan evdə ev sahibinin yaşlı qadın olmasından və tək yaşamaşından istifadə edən saxlanılan şəxs, axşam saatlarında zərərçəkənin evinə qanunsuz daxil olub, ona hədə-qorxu gələrək 800 manat pulunu soyğunçuluq yolu ilə ələ keçirib.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.


Xəbər 991 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +