200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


17.05.2023  12:08 

“ABŞ və onun müttəfiqləri ermənilərə deyirlər ki...”





A+  A-

ABŞ Ermənistana Rusiya bazası və sərhədçilərinin yerləşdirilməsindən imtina etməyi “tövsiyyə edir”, bunun müqabilində “təhlükəsizliyi təmin edəcəyini” vəd edir.

XəzərNews.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Mən bilirəm ki, ABŞ və onun müttəfiqləri ermənilərə deyirlər ki, rusları öz ərazinizdən qovun. Amerikalılar təhlükəsizliyin təmin olunmasında guya onlara kömək edəcəklər. Açıqcasına təxribat. Bu da diplomatiya deyil... Artıq diplomatiya yoxdur. Birbaşa rüşvət var”, - deyə Lavrov bildirib.

O, həmçinin xatırladıb ki, ABŞ tez-tez müttəfiqlərini tərk edir:

“Biz Qərbin keçmişdə bir növ mərc etdiyi şəxslərlə necə davrandığını görürük. “Ərəb baharı”nın əvvəlində ləyaqətlə istefa verən Misir prezidenti Hüsnü Mübarəkdən əl çəkdilər, qaçmadılar... ABŞ bu ölkənin iyirmi illik işğalı zamanı güvəndiyi Əfqanıstan rəhbərliyindən əl çəkdi”.

Xəbər 1278 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +