200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


19.06.2020  12:29 

Bu şəxslərin Azərbaycanda olma müddəti uzadıldı





A+  A-

Dövlət Miqrasiya Xidməti Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust tarixinədək bitəcək olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
Qurumdan XəzərNews.az-a daxil olan məlumata görə, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust tarixinədək uzadılması nəzərə alınmaqla, ölkədə olma müddəti 1 avqust tarixinədək bitəcək əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılacaq.

Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsinə müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Xəbər 1940 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +