200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


09.04.2020  11:50 

Koronavirusdan ən çox bu ölkələr itki verir - SİYAHI





A+  A-

ABŞ dünyada koronavirus qurbanlarının sayına görə ikinci yerə çıxıb.
Bu barədə XəzərNews.az Birləşmiş Ştatlarda yerli və federal hakimiyyət orqanlarının, habelə dünyanın ayrı-ayrı ölkələrinin statistikasını aparan Con Hopkins Universitetinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ pandemiya qurbanlarının sayına görə İspaniyanı qabaqlayıb.

Qeyd edilir ki, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasından ölənlərin sayı 14 817 nəfər təşkil edir. İspaniyada isə 14 792 nəfər koronavirusun qurbanı olub.

Dünyada koronavirusdan ən çox insan İtaliyada vəfat edib. Bu ölkədə koronavirus qurbanlarının sayı 17 669 nəfərə çatıb.

Universitetin məlumatına görə, dünyada ümumilikdə 88 538 insan pandemiyadan ölüb. Siyahıda eləcə də Britaniya (7 172), Almaniya, Fransa, Çin, İran və digər ölkələrin adları var.

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 504 971 nəfərə çatıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.

Xəbər 1380 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +