200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


21.10.2019  22:48 

ABŞ-ın Azərbaycandakı səfirliyi mitinqlə bağlı bəyanat yaydı





A+  A-

ABŞ-ın Azərbaycandakı səfirliyi oktyabrın 19-dakı etiraz aksiyasına aid bəyanat yayıb.
Səfirlikdən XəzərNews.az-a daxil olan məlumata görə, bəyanatda qeyd edilib ki, Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Avropa Birliyinin hadisə ilə bağlı bəyanatını dəstəkləyir.

"Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxslərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq", - deyə açıqlamada qeyd olunub.

"Toplaşmaq və söz azadlıqları Azərbaycanın Konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq" ifadəsinin yer aldığı bəyanatda Birləşmiş Ştatların Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirdiyi, həmçinin xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid etdiyi bildirilir.

Xəbər 1962 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +