200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


15.05.2018  17:19 

Rəqəmsal sürücülük vəsiqəsi istifadəyə veriləcək





A+  A-

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin Dubbo ərazisində rəqəmsal sürücülük vəsiqəsinin istifadəsinə start verilib.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, əyalətin Maliyyə, Xidmətlər və Mülkiyyət naziri Viktor Dominello bu barədə məlumat verib. Hazırda bu xidmətdən 1400 nəfər istifadə edir və gələcəkdə, bütün əyalət və ölkədə tətbiqi planlaşdırılır. Bunun üçün parlamentdə müvafiq qanun qəbul ediləcək. Sürücülər smartphone-lara tətbiqetmə yükləyərək sürücülük vəsiqəsindən istifadə edəcək. Rəqəmsal sənədin polis nəzarəti, gecə klublarına giriş zamanı da istifadəsi mümkün olacaq. Sürücülərə həmçinin sürücülük kartı veriləcək, lakin bu sənədi yanlarında gəzdirmək məcburiyyəti qoyulmur.

Qeyd edək ki, sistem oğurluq, sənəd saxtalaşdırma halları zamanı yaranan problemlərin qarşısını almağı da hədəfləyir.

Xəbər 1661 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +