Rusiya ilə bağlı daha bir tədbir ləğv olundu
Putinin azərbaycanlı dostu Yekaterinburq hadisəsini pislədi
Rusiya öldürülən azərbaycanlılalrı qətllərdə ittiham edir
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
OMON basqını: 2 nəfəri öldürüb, 6 nəfəri həbs ediblər
Anar Cəlilov 4-cü dəfə evlənir
“Şahdağ Quba“ klubunun prezidenti ölü tapıldı
Rəfael Fiziyev məsciddə sinə döydü - Foto
“Nənələr“in 89 yaşlı üzvü vəfat etdi


26.07.2022  14:21 

Meral Akşener Anar Əsədliyə təşəkkür etdi





A+  A-

İYİ Partiyanın Başqanı Meral Akşener Azərbaycan Yüksəliş Partiyası Başqanı Anar Əsədliyə təşəkkür məktubu ünvanlayıb.

XəzərNews.az xəbər verir ki, məktubda deyilir:

“Dəyərli Anar bəy!

Göstərdiyiniz nəzakət və gözəl diləkləriniz üçün çox təşəkkür edirəm.

Dövlətlərimiz arasındakı dərin bağın və dünya tarixində bənzəri olmayan qardaşlığımızın təməli tarixin hər dönəmində sevincimizin də, kədərimizin də, dinimizin də, dilimizin də, yolumuzun da, məqsədimizin də bir olmasıdır.

“İki dövlət, tək millətik”, - deyərkən, qəlbimizə dolan səmimiyyətin əsas qaynağı sevgi, sayğı və birlik ruhu ilə yoğrulan tariximiz, dəyərlərimiz və mədəniyyətimizdir.

“Hamımız türkük və türkçülüyümüzlə hər zaman qürur duymalıyıq” düsturu ilə öyüd verən rəhmətlik Əbülfəz Elçibəyimiz də, Azərbaycanın sevincinə və dərdinə dərin bir bağlılıqla sahib çıxan Qazi Mustafa Kamal Atatürkümüz də Azərbaycan və Türkiyənin birliyinə yönəlik çalışaraq, bizim yolumuza işıq tutub.

Bu səbəbdən biz onların tutduğu işığı təqib etməkdən əsla vaz keçməyəcəyik.

Dünən olduğu kimi, bu gün də can Azərbaycanımızın yanında dayanaraq, birliyimizin əbədi olması üçün çalışmağa davam edəcəyik. Çünki bilirik ki, harada bir türk varsa, orada doğan günəşi salamlamaq üçün çıxdığımız yolda məqsədimiz bir, ürəklərimiz bir, inancımız birdir…

Sizin - qurucusu və başqanı olduğunuz Azərbaycan Yüksəliş Partiyasının dost və qardaş ölkəmiz Azərbaycanımızın xoşbəxt gələcəyi istiqamətində fəaliyyətini məmnuniyyətlə təqib edirəm.

Azərbaycanımızın rifahı və demokratiyası üçün ortaya qoyduğunuz əməyin, Türk dünyamızın birliyi istiqamətində səylərinizin başarılı olmasını ürəkdən arzu edirəm.

İYİ Partiya və Azərbaycan Yüksəliş Partiyası olaraq, Türk millətini haqq etdiyi rifaha, hüzura, xoşbəxtliyə çatdırmaq, Türk dünyasının birlik və bərabərliyini təmin etmək üçün göstərdiyiniz əməyin qarşılığını görəcəyimiz xoşbəxt sabahları birlikdə inşa edəcəyimizə ürəkdən inanıram.

Ən səmimi sevgi və sayğılarımla Meral Akşener”.

Xəbər 3388 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2025  17:22 

Anar Cəlilov 4-cü dəfə evlənir


BÜTÜN XƏBƏRLƏR +