“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


09.07.2021  10:57 

Rusiyada qəzaya düşmüş təyyarənin “qara qutu”su tapıldı





A+  A-

Xilasedicilər iyulun 6-da Kamçatkada qəzaya düşmüş “An-26” tipli sərnişin təyyarəsinin “qara qutu”sunu aşkar ediblər.
XəzərNews.az “TASS” agentliyinə istinadən xəbər verir ki, axtarışlar zamanı tapılmış “qara qutu”nun şifrəsi Moskvada açılacaq.

Fövqəladə qüvvələrdə olan bir mənbənin verdiyi məlumata əsasən, ilkin baxış zamanı “qara qutu”da ciddi zədələnmələr qeydə alınmayıb. O əlavə edib ki, ikinci “qara qutu”nun axtarışları davam edir.

Palana qəsəbəsinin rəhbərliyi də “qara qutu”lardan birinin tapılması xəbərini təsdiqləyib.

Qeyd edək ki, iyulun 6-da Kamçatkada Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarə radarlardan itib. Daha sonra təyyarənin Palana yaxınlarında qəzaya düşdüyü məlum olub.

Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 22 sərnişin olmaqla 28 nəfər olub. Hadisə nəticəsində sağ qalan olmayıb.



Xəbər 2400 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +