Qarabağ vacibdir, amma... - Aqil Abbas
Elman Paşayev “marafon kraliçası”nı da aldadıbmış
Rusiyalını öldürmək istəyən iki azərbaycanlı 11 il iş aldı
Su üzünə həsrətik - Sakinlər ayağa qalxdı
Nazir müavini vəzifəsindən azad edildi
Hacıqabulda sel fəlakəti...- Kömək üçün gələn yoxdur
Prezident Vyetnamın baş katibini qarşıladı
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etdi
1.5 milyon dollar gedib, Çindən gələcək 114 maşından xəbər yoxdur
Prezident İlham Əliyev Fərman imzaladı


15.04.2017  19:32 

Allahşükür Paşazadə: “Dindən istifadə edərək dövlətçiliyimizə zərər vurmaq istəyirlər”





A+  A-

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, şeyxülislam baş verənlərlə bağlı artıq hər kəsin məlumatlı olduğunu qeyd edib.
O deyib:“Biz dövlətimizi, onun qəbul etdiyi qərarı dəstəkləyirik. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev məscidin sökülməsinin dayandırılması və vəziyyətin araşdırılması ilə bağlı xüsusi komissiyanın yaradılmasına dair tapşırıq verib. Dindarlarımız dövlətimizin başçısının bu qərarını minnətdarlıqla qarşıladılar.
Təəssüflər olsun ki, bu gün bəzi qüvvələr dindən istifadə edərək dövlətçiliyimizə zərər vurmaq istəyirlər. Həmin üzdəniraq qüvvələr İslam dininin adına da xələl gətirirlər. Əsl dindarlarımız Prezident İlham Əliyev tərəfindən atılan addımları dəstəkləyir və onun siyasətini bəyənirlər. Onlar bu cür şəxslərin öz sıralarına daxil olmasına imkan verməməlidirlər”.

Xəbər 2566 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +